“Arsenal” azarkeşləri Mxitaryanla bağlı hazırlıqlara başlayıb
18.05.2019 , 17:08

“Arsenal” klubunun azarkeşləri erməni futbolçu Henrik Mxitaryanın Bakıya gəlməyəcəyi halda xüsusi hazırlıqlar görməyə hazırlaşır.
Belə ki, ingilis azarkeşlər sosial mediada trend yaradaraq, Mxitaryanın Bakı’ya gəlməsinə qadağa qoyulduğu üçün altı min Mxitaryan maskası taxmağı planlayırlar. Bundan başqa onlar 7 və 77-ci dəqiqələrdə şüarlar səsləndirib, xoreoqrafiya hazırlayacaqlarını bildiriblər.
Qeyd edək ki, Henrik Mxitaryanın hələ də Bakıya gəlməsi sual altındadır. Erməni futbolçu bundan əvvəl iki dəfə Bakıya gəlməkdən imtina etmişdi.
