“Arsenal” “Ayaks”dan futbolçu transfer edir
26.06.2023 , 19:38

“Arsenal” “Ayaks”ın futbolçusu Yurrien Timber üçün növbəti dəfə təklif göndərib.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, London klubu 22 yaşlı müdafiəçi üçün təxminən 45-48 milyon avro məbləğində rəsmi təklif göndərib.
Futbolçu ilə 5 illik müqavilə bağlanacağı gözlənilir.
