“Arsenal” rəhbərliyi Per Mertezakerlə danışıqlara başlayıb.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “topçular” növbəti yayda müqaviləsi bitəcək futbolçunun müqaviləsini artırmaq niyyətindədir.
2011-ci ildən londonluların şərəfini qoruyan Mertezaker “Arsenal”ın heyətində müxtəlif turnirlərdə 82 matça çıxıb və 4 dəfə fərqlənə bilib.
