İngiltərə Premyer Liqasının 30-cu turundan “Vest Bromviç”lə təxirə salınmış oyun “Arsenal” üçün əlamətdar olub.
Korner.az-ın məlumatına görə, “topçular”ın 2:0 hesabı ilə qalib gəldiyi oyun “Arsenal”ın Premyer Liqada 500-cü qələbəsi olub.
London təmsilçisi “Mançester Yunayted”dən sonra Premyer Liqada 500 qələbə qazanan ikinci komanda olub.
