“Arsenal” 4 futbolçunu göndərdi
05.06.2025 , 11:30

“Arsenal” dörd futbolçusu ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, bunlar – Jorjinyo, Rahim Sterlinq, Kiran Tierney, Netodur.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçuların başa çatan müqaviləsi yenilənməyib.
