“Arsenal” klubu gələcəyə hesablanmış transfer həyata keçirib.
Korner.az-ın məlumatına görə, London təmsilçisi Rumıniya “Timişoara”sından 16 yaşlı futbolçu Vlad Dragomirin keçidini həll edib.
Gənc futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Topçular” bu transfer üçün 100 min avro ödəyib.
Qeyd edək ki, yeniyetmə futbolçu gələn mövsümdən “Arsenal”ın gənclər komandasıda çıxış edəcək.
