“Arsenal”ın baş məşqçisi Arsen Venqer komanda daxilində yayılan siqaret “sevgisinə” son qoymaq üçün ciddi tədbirlər görməyi qərara alıb.
Korner.az-ın məlumatına görə, fransız mütəxəssis bundan sonra siqaret çəkərkən yaxalanan futbolçunu heyətdən uzaqlaşdıracaq. Gənc komandaya yollayacağı barədə xəbərdarlıq edən Venqer son olaraq Voyçex Şesniyə acıqlanıb. Polşalı qapıçı soyunub-geyinmə otağında barmaqları arasında siqaretlə yaxalanmışdı.
Son günlərdə ingilis mətbuatının əsas mövzusuna çevrilən bu xəbər Şesninin atasını da narahat edib. Belə ki, o oğlunu siqaret çəkəcək qədər axmaq olmadığını qeyd edib. Şesnini bu səhvi onu start heyətdən məhrum edə bilər.
Xatırladaq ki, daha öncə “Arsenal”ın ingilis futbolçusu Cek Uilşirdə analoji hadisə müşahidə olunmuşdu.
