“Arsenal”ın baş məşqçisi Arsen Venger mövsümün sonu London klubundan ayrılmağa qərar verib.
Korner.az-ın məlumatına görə, fransalı mütəxəssis Çempionlar Liqasında 1/8 finalında “Bavariya”ya uduzduqları cavab qarşılaşmasından (1:5) sonra paltardəyişmə otağında futbolçularına bu barədə bildirib.
Qeyd edək ki, Venger komandanın uğursuz çıxışına və Aleksis Sançesi ehtiyatda saxladığı üçün tənqid olunur.
