“Arsenal”ın baş məşqçisi Arsen Venqer 33-cü turdan təxirə salınmış “Sanderlend” (0:0) matçını şərh edib.
Korner.az-ın məlumatına görə, fransalı mütəxəssis bunları dilə gətirib:
“Biz qol vura bilmədik. Rəqib çox yaxşı müdafiə olunurdu. Bu da məlum səbəbə görə idi. “Sanderlend” Premyer Liqada qaldı. Ötən tur “Mançester Yunayted”lə matçda hesabı bərabərləşdirmək üçün çox güc sərf etdik. Buna görə də, bu matçda istədiyimizi əldə edə bilmədik. Amma kubok finalına qədər vaxtımız var və düşünürəm ki, yaxşı hazırlaşıb istədiyimizə nail ola biləcəyik”
