Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Zaqrebdə “Dinamo”ya uduzan (1:2) “Arsenal”ın baş məşqçisi Arsen Venger turnirin tarixinə düşüb.
Korner.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, fransalı mütəxəssis qitənin ən mötəbər turnirində 50-ci məğlubiyyəti ilə üzləşib.
Bununla da, Venger Çempionlar Liqasında meydanı 50-ci dəfə məğlub tərk edən ilk məşqçi olub.
