“Arsenal”ın baş məşqçisi Arsen Venqer İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən KPR ilə oyun şərh edib.
Korner.az-ın məlumatına görə, BBC-yə danışan mütəxəssis rəqib futbolçu Çarli Ostin haqqında xoş sözlər deyib.
Ümumilikdə, komandasının oyunundan razı qalan Venqer bunları deyib:
“Bizim 3 yaxud 4 qol vurmaq imkanlarımız oldu. Rəqib bütün gücünü ortaya qoydu və bizə səbrli olmaq lazım idi. İlk 25 dəqiqədə istədiyimizi edə bilmədik. Lakin sonradan oyuna nəzarəti ələ ala bildik. KPR yaxşı komandadı. Onları qabaqda Çarli Ostin kimi futbolçuları var. Düşünürəm ki, o, çempionatda ən yaxşı zərbələrə malik futbolçulardandı”.
