“Arsenal” klubunun müdafiəçi axtarışları davam edir.
Korner.az-ın məlumatına görə, londonluların budəfəki hədəfi “Espanyol”un futbolçusu Ektor Morenodu. İngilis mətbuatına əsasən “topçular” Kataloniya təmsilçisinə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, qış transfer pəncərəsinin əvvəlində “Arsenal”ın baş məşqçisi Arsen Venqer yeni müdafiəçi transfer edəcəyini qeyd etmişdim. (DailyMail)
