“Arsenal”ın baş məşqçisi Arsen Venqer istefaya göndərilib.
Korner.az-ın məlumatına görə, fransız mütəxəssis əməkdaşlıq etdiyi TF1 kanalı ilə yollarını ayırıb. Dünya çempionatında da Fransa millisinin oyunlarını şərh edən Venqer artıq yalnız məşqçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, yerli mətbuatda Arsen Venqerin Fransanın TF1 kanalında transfer və digər planlar haqqında danışmaqdan imtina etdiyinə görə əməkdaşlıq pozulub
