London “Arsenal”ının baş məşqçisi Arsen Venqer dünən keçirilmiş “Mançester Siti” oyunu haqda danışıb.
Korner.az-ın məlumatına görə, rəqibini 2:0 hesabı ilə məğlub edən “topçular”ın çalışdırıcısı bunları dilə gətirib:
“Komandamızın özünə güvəni yüksək səviyyədə idi. Hər plana hazır idik. Qarşıda 5 vacib ay var. Belı oynayaraq istədiyimiz oyunları qazana bilsək, nəticə də yaxşı olar”
O, futbolçuları haqda da danışıb:
“Kazorla gənc oyunçulara yaxşı təcrübədi. Hər iki ayağından istifadə edə bilir. Koklen karyerasında çətin mərhələlərdən keçdi. Hər sınaqdan dərs çıxardı. Dünən çox yaxşı idi”
