London klubunun çalışdırıcısı Arsen Venqer az öncə başa çatan “Liverpul” matçı haqda danışıb
Korner.az-ın məlumatına görə, fransalı mütəxəssis bunları deyib:
“İlk hissəyə möhtəşəm başladıq. Öz imkanlarımızdan istifadə edə bildik. Mesut Özil gözəl oyun keçirdi. Onun meydanda etdikləri ağlının təzahürüdü. Hər kəs onunla eyni klubda oynamağı arzu edər. Sançes həmişə sona qədər mübarizə aparır. Mövsümün əvvəlində çox xal itirdik. İndi onların əvəzin çıxmaq mümkündü”
