Arsenal”ın baş məşqçisi Arsen Venger Cek Uilşirin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, Britaniya mətbuatına danışan fransız mütəxəssis Uilşiri satmağı düşünmədiklərini deyib:
“Ən yaxşı oyunçularımızı satmağı düşünmürük. Uilşir də həmin futbolçular sırasındadır. Transfer xəbərləri yanlışdır”.
