Arsen Venger üçün heykəl ucaldılacaq
05.07.2023 , 17:06

“Arsenal” sabiq baş məşqçisi Arsen Venger üçün “Emirates” stadionu önündə bürünc heykəl ucaldacaq.
Korner.az xəbər verir ki, London təmsilçisi komandaya 22 mövsüm rəhbərlik etmiş mütəxəssisin nailiyyətlərini qiymətləndirmək məqsədi ilə bu addımı atacaq. Heykəlin açılışı avqustun 3-də olacaq.
Fransalı mütəxəssis 1996-2018-ci illər aralığın “Arsenal”ın baş məşqçisi olub.
