“Arsenal”ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqları “Fənərbağça” klubu haqqında maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, fransalı mütəxəsis oyunçularının çoxunun zədəli olduğundan “Sarı-Lacivərtli” klubdan çəkindiklərini bildirib:
“Bir çox oyunçularımız zədəlidir. Monreal, Arteta və Vermalen “Aston Villa” qarşılaşmasında forma geyinmiyəcəklər. “Fənərbağça” matçına hazır olmalıdırlar. Bizim üçün çox çətin oyun olacaq. “Fənərbağça” çətin sınaqlardan keçərək bura qədər gəliblər. Bizim üçün həyati bir qarşılaşma olacaq. Ehtiyatlı olmalıyıq”
