Məşhur rusiyalı futbolçu Andrey Arşavin həyat yoldaşı ilə boşanıb. Bu barədə 36 yaşlı hücumçunun keçmiş xanımı Alisa Kazmina açıqlama verib.
Kazmina, Arşavinin ona xəyanət etdiyi üçün ayrılmaq qərarını verdiyini deyob: “Xəyanəti bağışlaya bilməzdim. Daha onunla birlikdə yaşamaq istəmirəm. Hamı mənə yazırdı ki, o, məni təkr edəcək, ancaq mən onu tərk etdim. Üç uşaqla tərk etmək hər kəsə qəribə gəlir, ancaq mənim bir tanışım bu yaxınlarda 4 uşaqla yenidən ərə getdi”.
