Futbol meneceri Con Smit müəllifi olduğu “The Deal” kitabında maraqlı mövzulara toxunub.
Korner.az-ın məlumatına görə, menecer əsərində Andrey Arşavinin “Arsenal”a keçidinin Rusiyanın prezidenti Vladimir Putinin əli ilə baş tutduğunu açıqlayıb.
Həmin vaxt “Zenit”də top qovan Arşavinin “Arsenal”a keçidini təşkil edən menecer yazır ki, futbolçunun ilkin qiyməti 7 milyon avro idi. İlk danışıqlarda tərəflər razılıq əldə etmişdi. Sankt-Peterbuq klubun sponsoru “Qazprom” şirkətinin sahibi olan Vladimir Putinin məsələyə qarışması ilə “Zenit” “Arsenal”a qiymətlə bağlı güzəştə getməkdən vaz keçib.
Prezidentin də əli ilə transferin yeni dəyəri 15 milyon avroya qalxıb. “Arsenal”ın baş məşqçisi və bir başa transferlə məşğul olan Arsen Venqer məsələyə qarışmaq istəyib. Lakin “topçular”ın səhmlərinin 30%-nin sahibi olan özbək iş adamı Alişer Osmanov məsələni həll edib. Onun da razılığı ilə bu transfer baş tutub (Independent)
