Arşavin keçmiş həyat yoldaşına şiddət və təcavüz edib
07.01.2019 , 12:42

“Arsenal”ın və Rusiya yığmasının sabiq futbolçusu Andrey Arşavin şiddət və təcavüzdə günahlandırılır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Andrey Arşavinin keçmiş həyat yoldaşı Yuliya Baranovskaya kitab yazıb. Müəllif kitabında Andrey Arşavinin ona təcavüz etdiyini və şiddət göstərdiyini qeyd edib. Məşhur teleaparıcı öz xatirlərəində xəstəxanada olan zaman Arşavin tərəfindən döyüldüyünü deyib. Bundan başqa Baranovskaya Arşavinin evə sərxoş gəlməsini, avtomobildə ona təcavüz etdiyini də qeyd edib: “Mənim həmin vaxt ona yazığım gəldi, əgər kiməsə desəydim, Arşavinin karyerası məhv ola bilərdi. Ancaq belə alçaldıcı hərəkətdən sonra niyə ona yazığım gəldiyini bilmirəm”
Bundan başqa Yuliya kitabında Arşavinin dəfələrlə ona xəyanət etdiyini bildirib.
