Tanınmış rusiyalı futbol agenti Vladimir Abramov adı ölkəmizlə hallanan Andrey Arşavinlə bağlı maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, Abramov Avstraliya və Azərbaycandan təkliflər alan forvardın seçiminin maliyyə məsələsindən asılı olacağını bildirib
“Arşavinə İngiltərədə “smart ass” ləqəbi qoyublar. Andrey agentlə işləməyi xoşlamır. Ona elə gəlir ki, hər şeyi özü həll edə bilər. Onu “Arsenal”a aparan agentdən də imtina etdi. Arşavin fikirləşir ki, klubu ilə özü danışa bilər. İndi də müqaviləsinin başa çatmasını gözləyir. Bundan sonra daha çox pul təklif edən kluba keçəcək”.
