"Maddi baxımdan narahat olmasın. Arşavin Azərbaycana üz tutsa, yaxşı pul qazanacaq".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin keçmiş baş məşqçisi Vlastimil Petrjela "Arsenal"ın futbolçusu Andrey Arşavinin Azərbaycanda mümkün çıxışı haqda fikirlərini bölüşərkən deyib.
Rusiya mətbuatına danışan Petrjela daha sonra bunları deyib:
"Amma onun üçün Avstraliya daha cəlbedici variantdı. Orada əla hava şəraiti hökm sürür. Amma Andrey həm yaxşı oynayıb, həm də yaxşı qazanmaq istəyirsə, o zaman Rusiya çempionatına getsin".
