Arnoldun yeni klubu məlum oldu
05.05.2025 , 14:45

Mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayan Trent Aleksander-Arnoldun yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İspaniyada davam etdirəcək.
Bu barədə insayder Fabrizo Romano məlumat yayıb.
Xəbərdə, 26 yaşlı müdafiəçinin “Real”la razılığa gəldiyi bildirilib.
Tərəflər arasında 5 illik müqavilənin imzalanacağı gözlənilir. O, yeni klubunda illik 15 milyon avro qazanacaq.
