Arnold: “Hörmət edirik, amma…”
07.05.2019 , 19:31

“Liverpul” klubunun futbolçusu Trent-Aleksandr Arnold “Barselona” ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Rəqibə hörmət etdiyini deyən müdafiəçi meydana qələbə üçün çıxdıqlarını bildirib.
“Rəqibə hörmət edirik, ancaq daha artığı ziyanlı ola bilər. Lionel Messidən çəkinərək özümü axmaq yerinə qoymaq istəmirik.”
Qeyd edək ki, “Liverpul” – “Barselona” görüşü bu axşam saat 23:00-da baş tutacaq.
