Arif İsayev Türkiyənin Bank Asya Liqasında mübarizə aparan "Dənizlispor"un heyətində debüt edib.
Korner.az-ın məlumatına görə, Dənizli təmsilçisinin aşağı liqa komandası “İnegölspor”la qarşılaşıb.
Yoxlama matçı 1:1 hesabı ilə başa çatıb.
"Dənizlispor"un əsas futbolçularından olan Rail Məlikov əvəzlənmədən 90 dəqiqə meydanda olub. Arif İsayev isə 70 dəqiqə meydanda olub.
