Türkiyə çempionatının I divizionunda mübarizə aparan “Dənizlispor” həmyerlimiz Arif İsayevlə yollarını ayırır.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə komandanın baş məşqçisi Yusuf Şimşək danışıb.
Yusuf Şimşək bildirib ki, İsayevin forması onları qane etmir.
O, fikirlərini belə iazh edib:“Ağır zədə alan Bayram Fetai və istədiyimiz oyunu sərgiləməyən Arif İsayevlə yollarımızı ayıracağıq. xarici oyunçu almaq kimi bir israrımız yoxdur. Yerli transferlər də edə bilərik”.
Qeyd edək ki, Arif İsayev ötən mövsüm qış fasiləsində “Dənizlispor”a transfer olunmuşdu.
