Millimizin iki sabiz üzvü Arif İsayev və Rail Məlikov formasını geyindiyi "Dənizlispor" klubunun azarkeşləri tərəfindən sürprizlə qarşılaşıblar.
Korner.az-ın məlumatına görə, "Boluspor"la oyuna hazırlaşan Dənizli təmsilçisinin məşqi zamanı arenanın işıqları söndürülüb. Bu zaman bir qrup fanat əlində məşalələri yandıraraq, komanda üzvlərinə dəstək şüarları səsləndiriblər.