Millimizin sabiq futbolçuları Arif İsayev və Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" Türkiyə PTT 1-ci Liqasında növbəti matçını keçirib.
Korner.az-ın məlumatına görə, Dənizli təmsilçisi Karşıyaka”nı qəbul edib və 1:2 hesabı ilə uduzub. Rail bu oyunda meydana çıxmasa da, digər futbolçumuz Arif İsayev qarşılaşmanın 41-ci dəqiqəsində meydana çıxıb və bundan 6 dəqiqə sonra komandasının yeganə qoluna imza atıb.
Xatırladaq ki, Arif bundan öncəki turda da, qol vurmuşdu.
Qeyd edək ki, 30 oyundan 33 xal toplayan “Dənizlispor” 14-cü yerdə qərarlaşıb.
