Türkiyənin “Dənizlispor” klubunun azərbaycanlı futbolçusu Arif İsayev komandasının gələcək planları haqqında açıqlama verib.
Korner.az-ın məlumatına görə, Türkiyə mətbuatına açıqlama verən milli komandamızın üzvü bu mövsüm Türkiyə Super liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacaqlarını bildirib:
“Gənc və güclü heyətə sahibik. Ötənilki kobud səhvləri təkrarlamayacağıq. Azarkeşlərimizin dəstəyini çox ehtiyacımız var. Onların dəstəyi sayəsində Super Liqaya vəsiqə qazanmaq istəyirik”
