Türkiyənin PTT 1-ci liqasında mübarizə aparan"Dənizlispor"un şərəfini qoruyan millli komandamızın futbolçusu Arif Isayev “Göztəpə” ilə İzmirdə 1:1 hesabı ilə bərabərə qaldıqları matç haqda fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, sona 9 dəqiqə qalmış meydana girən İsayev belə danışıb: “Biz səfərdən çalışdırıcımızın dediyi kimi ən azı 1 xal alaraq qayıdacaqdıq. Bunu da bacardıq. Baş məşqçimiz Səlahəttin Dərvənti peşman etmədiyimizə görə xoşbəxtəm”.