Türkiyə PTT 1-ci Liqasında mübarizə aparan "Dənizlispor" növbəti matçını keçirib.
Korner.az–ın məlumatına görə, millli komandamızın futbolçuları Rail Məlikov və Arif İsayevin də şərəfini qoruduğu Dənizli təmsilçisi “Adanaspor”un qonağı olub. Həmyerlimiz Arif isayev bu oyunda fərqlənsə də, bu, komandası üçün ancaq təsəlli olub. Oyun 2:1 hesabı ilə "Adanaspor"un xeyrinə başa çatıb.
