Millimizin sabiq futbolçuları Rail Məlikov və Arif İsayevin çıxış etdiyi “Dənizlispor” Türkiyə birinci liqasında növbəti matçını keçirib.
Korner.az-ın məlumatına görə, Dənizli təmsilçisi səfərdə "Ankaragücü" ilə qarşılaşıb və rəqibini 3:0 hesabı ilə məğlub edib. Rail Məlikov əsas heyətdə meydana çıxıb. Arif İsayev isə 81-ci dəqiqəsində komandasının 3-cü qolunu vurub.
