19 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasına rəhbərlik etmək istəməyən, əvəzində U-20 komandasının yaradılmasının və burada çalışmağı məqbul sayan Arif Əsədovun son durumu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, dünən baş katib Elxan Məmmədovla görüşən Məmmədov U-20 komandasına namizəd futbolçuların siyahısını təqdim edib.
Lakin tərəflər arasında razılıq əldə olunmayıb. Odur ki, U-20 yığmasının yaradılması və Arif Əsədovun burada baş məşqçi olmaq məsələsi reallaşmayıb. Bunu əməkdaşımızla söhbətində Əsədovun özü də təsdiqləyib.
Qeyd edək ki, U-19 yığmasının baş məşqçisi postunda Arif Əsədovu almaniyalı Nikolay Adam əvəzləyib.
futbol11.az
