Topaz Premyer Liqasının 36-cı turunda keçirilən “Neftçi” – AZAL görüşü 1-1 hesabı ilə başa çatdı.
Korner.az-ın məlumatına görə, oyundan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov bunları deyib:
"Son vaxtlar yaxşı nəticə qazana bilmirik ki, bunun da səbəbləri var. Biz “Neftçi” ailəsi olaraq, çətinlikləri arxada qoymağa çalışacağıq. Problemlərə baxmayaraq, futbolçular yaxşı təsir bağışladılar. AZAL ilə matç cari çempionatdakı sonuncu görüşümüz idi. Hazırda bütün diqqətimizi ölkə kubokunun finalına yönəltməliyik"
