Topaz Premyer Liqasının XXIV turunda “Neftçi” səfərdə “Sumqayıt” üzərində 1-0 hesablı qələbə qazanıb.
Korner.az-ın məlumatına görə, “Neftçi”nin baş məşqçisi Arif Əsədov oyun haqda bunları deyib:
“Sumqayıtda oynamaq həmişə çətin olur. Bu gün də çətinliklə üzləşdik. Buna baxmayaraq, futbolçular sona qədər döyüşdülər. 3 xalı qazandığımız üçün şadam. Bir neçə matçdır ki, süni meydançalarda oynayırıq. Ağırdı. Lakin gec də olsa, qol vurduq. Biz öz oyunlarımızı oynamalı və mübarizə aparmalıyıq.
Nforun zədəsi var. Futbolçu sabahdan etibarən məşqlərə başlayacaq. Hazırda “Neftçi”də rəqabət mövcuddur. Futbolçuların hər birinə şans vermək niyyətindəyik”.
