“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovla yeniyetmə futbolçulardan ibarət yığmamızın çalışdırıcısı Aslan Kərimov Almaniyada keçirilən seminardan qayıdıb.
Korner.az-ın məlumatına görə, 0 günlük səfər çərçivəsində onlar Dortmund “Borussiya”sının, “Şalke 04”ün və “Köln”ün bazasında olub.
Məşqçilərimiz son iki mövsümdə Almaniya çempionu olan “Borussiya”nın uğurlarının memarı, baş məşqçi Yürgen Kloppla görüşərək, fikir mübadiləsi aparıblar.
