Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”ı məğlub edən “Neftçi” növbəti mərhələyə vəsiqə qazandı.
Korner.az-ın məlumatına görə, “Neftçi”nin baş məşqçisi Arif Əsədov oyundan sonra fikirlərini bölüşüb.
“Öz komandam barədə geniş danışmaq istəmirəm. “Qaradağ Lökbatan” klubunun oyununu qeyd etməliyəm. Komandanın heyətində yaxşı gənc oyunçular var”.
