“Oyuna çox ciddi hazırlaşmışdıq. Zaqatalaya matçdan iki gün öncə gəlmişdik. Bütün bunlar matça nə qədər ciddi hazırlaşdığımızı göstərir"
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Nefçti"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 28-ci turunda "Simurq"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.
O, istədikləri oyunu nümayiş etdirdiklərini bildirib:
" Düzdür, ilk hissədə tam istədiyimiz oyunu göstərə bilmədik. Ancaq fasilədə isə dəyişikliklər edib, lazım olan nəticəni qazandıq. Qırmızı vərəqə aldıqdan sonra toparlanmağı bacardıq və qol vurduq”.
