TPL VI turu çərçivəsində keçirilən “Qəbələ” – “Neftçi” oyunu qolsuz bərabərlik yekunlaşıb.
Korner.az-ın məlumatına görə, oyundan sonra “flaqman”ın çalışdırıcısı bunları deyib:
“Biz qələbə üçün gəlmişdik. Oyundan öncə futbolçulara tapşırmışdıq ki, rəqibi öz meydançasına sıxsınlar. İlk hissədə bizim çox üstünlüyümüz vardı. Ümumiyyətlə, görüş “Neftçi”nin üstünlüyü şəraitində keçdi. Oyundan razı qaldım. Sonluqlar heç də yaxşı alınmadı. Bunun üzərində işləyəcəyik. “Qəbələ” komandasına isə növbəti görüşlərdə uğurlar arzu edirəm”.
