“Neftçi”nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Bakı” ilə matçdan (0:0) sonra fikirlərini bildirib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, futbolçularda motivasiyanın azaldığını deyib:
“Çempionatın sonuna doğru gedirik. Futbolçularda motivasiya azalıb. Biz əsas diqqətimizi kubokun finalına yönəltmişik. Çempionat oyunları isə gənc futbolçular üçün şansdır. Onlar təcrübə toplamalıdırlar”.
