Azərbaycanda yeni milli komanda yaradılıb.
Korner.az-ın məlumatına görə, AFFA bildirib ki, bundan sonra U-20 millimiz fəaliyyət göstərəcək.
Komandaya təcrübəli baş məşqçi Arif Əsədov başçılıq edəcək.
Qeyd edək ki, Əsədov bundan əvvəl U-19 yığmasına başçılıq edirdi. Onu bu postunda almaniyalı məşqçi Nikolay Adam əvəzləyib.
