Topaz Premyer Liqasının XV turunun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. “Qarabağ” – “Neftçi” görüşündə qapılara qol vurulmadı.
Korner.az-ın məlumatına görə, “Neftçi”nin baş məşqçisi Arif Əsədov oyundan sonra fikirlərini bildirib:
“Turnir cədvəlində qonşu pillələrdə olan komandalar oynayırdı. Biz “Qarabağ”la xal fərqini azaltmaq istəyirdik. Maraqlı oyun oldu. “Qarabağ” həm çempionatda, həm də Avropa Liqasında sabit futbol sərgiləyir. Bu oyunda hər iki komandanın şansları oldu. Amma düşünürəm ki, oyunun ədalətli nəticəsi elə 0-0 idi. Hakim ciddi səhvlər etmədi. Sadəcə, ilk hissədə Almeyda bizim futbolçuya kəllə atdı. Amma ümumi götürsək, Əliyar Ağayevin ciddi səhvi olmadı”.
