Topaz Premyer Liqasının VII turunda “Neftçi” “Qarabağ”ı qəbul edib.
Korner.az-ın məlumatına görə, qapısında 3 top görüb. Derbidən başıaşağı ayrılan “Neftçi”nın baş məşqçisi Arif Əsədov oyundan sonra bunları dilə gətirib:
“Bilirdik ki, “Qarabağ” bizimlə “İnter”lə oyunun maketini oynayacaq. Ona görə də, fərqli sistemlə oynadıq. Oyuna yaxşı başladıq. Ancaq şübhəli penalti ilə rəqib hesabı açdı. İkinci qolda da hakim səhvi var idi. Nfora qarşı qayda pozuntusu olsa da, hakim qeydə almadı və “Qarabağ” ikinci topu vurdu. Düşünürəm ki, “Qarabağ”ın elə penaltiyə ehtiyacı yoxdur. Bu oyunun haqqı 1:1 idi.“
