“Neftçi”nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 31-ci turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları matçı şərh edib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis maraqlı bir oyun izlədiklərini vurğulayıb:
“Matçda 5 qol vuruldu. Əvvəlcə “Qarabağ” iki qol vursa da, sonradan biz toparlanıb hesabı bərabərləşdirdik. Daha sonra “Qarabağ” bir qol vurmağı da bacardı. Ardıcıl görüşlərdə fərdi səhvlərdən qollar buraxırıq. Bunu araşdırmaq lazımdır. Amma ümumilikdə götürsək, komandam yaxşı oyun sərgilədi”.
