“Xəzər-Lənkəran”la oyunlarımızı həmişə belə gərgin keçib”.
Korner.Az-ın məlumatına görə bu sözləri “Neftçi komandasının baş məşqçisi Arif Əsədov bu gün keçirilən “Xəzər-Lənkəran”-“Neftçi” matçından sonra deyib.
“Baxmayaraq ki, qırmızı vərəqlər aldıq, hətta Kardpsonun zədələməsindən sonra meydanda azlıqda qaldıq, özümüzdə güc tapıb bəraberlik topunu vurduq. Hakimlik haqda heç ne deməyəcəm. Bütün tezyiqlərə baxmayaraq, komanda öz yolu ilə gedəcək. Araz Abdulayevlə Elvin Yuniszade intizamsızlığa görə cəzalandırılıb. Onları komandadan göndərməyi yox, komandaya, millimizə qazandırmağa çalışmalıyıq.
