“Oyundan öncə futbolçularla söhbət etmişdik. Oyuna yaxşı köklənməli idik. Çünki “Sumqayıt” ötən il “Neftçi”dən xeyli xal almışdı. Futbolçulara bildirmişdim ki, rəqibi saymaq lazımdır. “Sumqayıt” ikinci hissədə təzyiqi artırdı. Amma biz dəyişikliklər edib, matçı yenə nəzarətə götürdük”.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın VIII turunda qalib gəldikləri “Sumqayıt”la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi həmçinin Flavinyonun zədəsi və Araz Abdullayevin hərəkəti ilə bağlı da danışıb: “Flavinyo zədədən yeni qayıdıb. Biz oyundan öncə də bilirdik ki, Flavinyo ancaq bir hissə oynayacaq. Araz Abdullayevin əvəzlənməsinə etiraz etməsinə gəlincə, futbolda belə hallar olur. Amma biz məsələ ilə bağlı ciddi tədbir görəcəyik”.
