Bu gün TPL V turunun növbəti oyunu keçirilib.
Korner.az-ın məlumatına görə, "Neftçi"yə qonaq olan "Xəzər Lənkəran" minimal hesablı məğlubiyyətlə üzləşib.
Oyundan sonra mətuat konfransına çıxan klubun yeni baş məşqçisi Arif Əsədov bunları dilə gətirib:
"İlk oyunum idi və qələbə çox vacib idi. Qırmızı vərəqədən sonra taktiki-texniki cəhətdən dəyişiklik etdik. Ağıllı müdafiə olunmaqla istediyimizə çatdıq. Ramosu ehtiyatda saxlamağımın əsas səbəbi hücumameyilli Kaueye üstünlük vermək idi. Bizə yerli futbolçu lazımdı. Xüsusilə də müdafiə xəttinə. Elnur Allahverdiyevi də ona görə getirdik. "Böyük oyun"un ab-havası azarkeşlərə görə soyuyub. Komandamda fiziki hazırlıq yaxşı deyil, ancaq zamanla düzələcək".
