Argentinalı oyunçu üçün 70 milyon funt-sterlinq tələbi
18.04.2025 , 17:30

“Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaço 3 nəhəng klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, argentinalı oyunçunun xidmətində “Çelsi”, “Bayer” və “Atletiko” maraqlıdır.
İngiltərə klubu vinger üçün 70 milyon funt-sterlinq tələb edir.
Komandalardan biri bu məbləği ödəyərsə, gənc oyunçunun keçidi baş tutacaq.
