Argentina millisinin sabiq futbolçusu Valter Samuel “İnter”ə qayıdıb.
Korner.az-ın məlumatına görə, o, “İnter”də məşqçi vəzifəsində çalışacaq.
Qeyd edək ki, 38 yaşlı Samuel 2005-2014-cü illərdə “İnter”in şərəfini qoruyub. O, ötən mövsüm “Bazel”də futbolçu karyerasını başa vurub.
